Şəmkirdə nəvə babasının evindən pul oğurlayıb

Şəmkirdə nəvə babasının evindən pul oğurlayıb
# 12 mart 2018 08:34 (UTC +04:00)

Şəmkir rayonunda nəvə babasının evindən 12 min manat pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon ərazisindəki evlərin birindən 12000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR