Hasilatın azaldılması barədə razılığa əməl olunması neft bahalaşdırır

Hasilatın azaldılması barədə razılığa əməl olunması neft bahalaşdırır
# 17 fevral 2017 06:21 (UTC +04:00)

Dünya birjalarında neft yenidən bahalalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,13% artaraq 53,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,20% artaraq 55,76 dollar olub.

Neftin bahalaşmasına OPEC üzv və üzv olmayan neft istehsalçısı olan ölkələrin 90%-nin hasilatın azaldılması barədə razılığa əməl etməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR