Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya uğrayıb

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya uğrayıb
# 20 iyul 2015 07:31 (UTC +04:00)

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Mirzə Əliağa oğlu Məmmədovun idarə etdiyi 90-AP-048 dövlət nömrə nişanlı “Fiat Doblo” markalı avtomobillə Bakı şəhər sakini Əhsən Həsən oğlu Ağamirovun idarə etdiyi 99-CC-989 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın toqquşub.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, polis serjantı Mirzə Məmmədov Sabunçu rayonu Dəmir Yol Xətt Polis Şöbəsində sürücü işləyir. Onun idarə etdiyi “Fiat Doblo” isə xidməti avtomobildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR