BP-nin regional prezidenti: “Çelsi” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm

BP-nin regional prezidenti: “Çelsi” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm
# 16 noyabr 2017 10:09 (UTC +04:00)

“AFFA prezidenti Rövnəq Abdullayev kimi, mən də futbol azarkeşiyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.

Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharı keçirilib.

Yığıncaqda iştirak edən BP-nin regional prezidenti Cons futbol haqda da fikirlərini bildirib. Şotlandiyalı Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubuna azarkeşlik etdiyini deyib.

O, noyabrın 22-də Britaniya təmsilçisi “Çelsi” ilə Bakıda keçiriləcək qarşılaşmada da komandamızı dəstəkləyəcəyini vurğulayıb: “Gələn həftə “Qarabağ”ın Çempionlar Liqasında növbəti oyunu keçiriləcək. Onlar “Çelsi”ni qəbul edəcəklər. Sözsüz ki, mən ürəkdən “Qarabağ”a azarkeşlik edəcəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR