Azərbaycan vətəndaşı İrandan mədəsində narkotik keçirmək istəyib

Azərbaycan vətəndaşı İrandan mədəsində narkotik keçirmək istəyib
# 10 noyabr 2016 12:28 (UTC +04:00)

Astara Gömrük İdarəsinin Gömrük hüquq rozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın paltosunun cibindəki konfet qutusunda, konfetlərin arasında, gömrük nəzarətindən gizlədilmiş 38 ədəd həb şəklində olan “Metadone” adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, həmin şəxsin mədəsində 3 ədəd bükümdə, xalis çəkisi 5,36 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR