Sumqayıtda "VAZ 2110" markalı avtomobil yoldan çıxaraq aşıb

Sumqayıtda "VAZ 2110" markalı avtomobil yoldan çıxaraq aşıb
# 21 mart 2020 11:28 (UTC +04:00)

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "VAZ 2110" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü 1963-cü il təvəllüdlü Pərviz Rüstəmov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR