Platini FİFA prezidentliyinə namizəd olacaq

Platini FİFA prezidentliyinə namizəd olacaq
# 18 iyul 2015 10:14 (UTC +04:00)

Bakı-APA. UEFA prezidenti Mişel Platininin gözü FİFA prezidentliyindədi. Apasport.az saytının AS qəzetinə istinadən məlumatına görə, fransalı futbol adamı hətta öz varisini də müəyyənləşdirib.


FİFA başqanlığına namizədliyini irəli sürmək istəyən Platininin dəstəkçiləri də məlumdu. Artıq 4 konfederasiya onu dəstəkləyəcəyini bəyan edib. Platini UEFA prezidentliyinə əsas namizəd kimi isə Almaniya Futbol İttifaqının rəhbəri və UEFA İcraiyyə Komitəsinin üzvü Volfqanq Nirsbahı göstərəcək.

Platininin FİFA prezidentliyi uğrunda rəqiblərinin kimliyi hələ bəlli deyil. Əvvəllər sabiq fransız futbolçu David Jinola, İordaniya şəhzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti, həmçinin Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri Çon Mondjun, əfsanəvi braziliyalı futbolçu Ziko və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FİFA başqanı olmaq istəyini bildirmişdilər.

Qeyd edək ki, 1998-ci ildən dünya futboluna rəhbərlik edən Yozef Blatter ötən ay növbəti dəfə FİFA prezidenti seçilməsinə baxmayaraq, gözlənilmədən vəzifəsindən istefa vermişdi. İyulun 20-də isə FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası baş tutacaq və prezident seçkilərinin tarixi müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR