Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunur

Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunur
# 21 yanvar 2017 17:17 (UTC +04:00)

Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunur.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, tələfat halları əsasən rayonun Qızılavar, Kolatan və bir neçə digər kəndlərində vətəndaşlara məxsus fərdi təsərrüfatlarda müşahidə olunur. Onların sözlərinə görə, hadisə əksər təsərrüfatlarda ötən gündən səhər saatlarından müşahidə olunur. Vətəndaşlar ev quşlarına müxtəlif dərman preparatları verdiklərini, lakin nəticənin olmadığını bildiriblər.

Məsələ ilə bağlı Masallı Rayon Baytarlıq İdarəsinin rəisi İsabala Əliyev bildirib ki, təsərrüfatlardan onlara müraciət daxil olmayıb, lakin zərurət yaranacağı təqdirdə həmin kəndlərdə dərhal vaksinasiya işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR