PKK terrorçuları polis avtomobilini partladıb

PKK terrorçuları polis avtomobilini partladıb
# 04 avqust 2015 09:19 (UTC +04:00)

APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə Mardin vilayətinin Nusaybin bölgəsində Əhməd Kaya körpüsü yaxınlığında baş verib. Polis maşını hərəkətdə olarkən terrorçuların yol kənarına yerləşdirdiyi, uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. Hadisə nəticəsində 1 polis əməkdaşı yaralanıb.

Polis əməkdaşı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR