Azərbaycanın Dünya Bankına üzvlüyünün 25 illiyinə həsr olunmuş markalar buraxılıb

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25 illiyinə həsr olunmuş markalar buraxılıb
# 19 sentyabr 2017 09:11 (UTC +04:00)

Dünya Bankına (DB) üzvlüyünün 25-ci ildönümü münasibətilə Azərbaycan hökuməti tərəfindən xüsusi markalar hazırlanıb.


"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanla DB arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu münasibətlə 25 min marka hazırlanıb.

Qeyd edək ki, tədbir çərçivəsində markaların imzalanması və möhürlənməsi həyata keçirilib. İmzalanma baş nazirin müavini Abid Şərifov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon (Mersi Tembon) arasında baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR