Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb

Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb
# 18 sentyabr 2017 11:29 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 25-də dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.

DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sənəd qəbulu 25 avqust-14 sentyabr tarixlərində aparılıb.

Ümumi müsahibəyə sənəd qəbulu zamanı 73 nəfərin namizədliyi qeydə alınıb. Müsahibəyə çıxarılan dövlət orqanlarının sayı 5, vakansiyaların ümumi sayı 86-dır.

Vakant dövlət qulluğu vəzifələri Kənd Təsərrüfatı Nazirliyində 45 vəzifə üzrə 45 yer, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 5 vəzifə üzrə 6 yer, Dövlət Statistika Komitəsi 3 vəzifə üzrə 3 yer, Əmlak Məsələləri Dövlət Komitəsində 29 vəzifə üzrə 31 yer, Gəncə Apellyasiya Məhkəməsi 1 vəzifə üzrə 1 yerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR