“FinEx Kredit”in səhmdarları bu ilin maliyyə nəticələrini müzakirə edəcək

“FinEx Kredit”in səhmdarları bu ilin maliyyə nəticələrini müzakirə edəcək
# 25 noyabr 2016 06:57 (UTC +04:00)

2017-ci ilin yanvarın 17-də “FinEx Kredit” bank olmayan kredit təşkilatının səhmdarların illik ümumi yığıncağı keçiriləcək.

BOKT-dan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda “FinEx Kredit”in cari maliyyə vəziyyəti müzakirə olunacaq və 2016-cı ilin maliyyə nəticələrinin təsdiqi məsələsinə baxılacaq.

İclasda cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi də gözlənilir.

Qeyd edək ki, "Finex Kredit" ASC 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 88%-i "Finanslizinq"ə, qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR