ABŞ təhlükəsizliyin təmin edilməsində Fars körfəzi ölkələrinə yardım edəcək - VİDEO

ABŞ təhlükəsizliyin təmin edilməsində Fars körfəzi ölkələrinə yardım edəcək  - <span style="color: red;">VİDEO
# 15 may 2015 04:59 (UTC +04:00)

Bakı-APA. ABŞ Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələrə təhlükəsizliyin təmin edilməsində yardım edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“Təcavüzkarlıq aktı baş verdikdə biz hərbi gücdən istifadə daxil olmaqla təhlükəsizliyin təmin edilməsi məsələsinə baxacağıq”, deyə Obama Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin liderləri ilə iqamətgahında keçirilmiş görüşündən sonra bildirib.

Barak Obama tərəflərin genişləndirilmiş hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, həmçinin, terrorla mübarizədə də tərəfdaşlığın dərinləşdirildiyini vurğulayıb.

“Biz həmçinin regiondakı münaqişələrin həllində də birgə çalışacağıq”, deyə Obama qeyd edib.

Barak Obama görüşdə Liviya, Suriya, Yəmən və İranla bağlı mövzuların da müzakirə edildiyini bildirib.

ABŞ təhlükəsizliyin təmin edilməsində Fars körfəzi ölkələrinə yardım edəcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR