ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib
# 29 noyabr 2016 02:36 (UTC +04:00)

ABŞ-ın “United Airlines” aviaşirkətinə məxsus Boeing 747 təyyarəsi San-Fransiskoda təcili eniş edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.

San-Fransisko-Tokio marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub.

Təyyarənin göyərtəsində 202 sərnişin və 15 ekipaj üzvünün olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR