Mərakeş səfiri “APA Holdinq”in qonağı olub

Mərakeş səfiri “APA Holdinq”in qonağı olub
# 26 yanvar 2017 09:38 (UTC +04:00)

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx (Mohamed Adil Embarch) “APA Holdinq”in qonağı olub.

APA-nın məlumatına görə, APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyevlə görüşdə səfir ötən ilin noyabrından Azərbaycanda olduğunu və artıq qısa müddətdə özünü evindəki kimi hiss etdiyi bildirib.

Diplomat qeyd edib ki, iki ölkə bir-biri ilə məsafəcə uzaq olsa da, xalqlar arasında xarici görünüş, mədəniyyət, dəyərlər, hətta mətbəx baxımından oxşarlıqlar var.

O, hər iki ölkənin bir-birinə daim dəstək verdiyini, ərazi bütövlüklərini qarşılıqlı şəkildə tam dəstəklədiklərini bildirib: “Ölkələrimiz arasında diplomatik münasibətlər 25 il əvvəl qurulub və bu müddətdə inkişaf edib. Mən səfir olaraq bu əlaqələri daha da yüksək səviyyəyə çatdırmaq niyyətindəyəm”.

Daha sonra çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev APA İnformasiya agentliyi və “APA Holdinq” haqqında məlumat verib.

Baş direktor iki ölkə arasında əlaqələrdən danışaraq, turizm və digər sahələrdə əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib, ölkələrimizin bir-birini tanıması və yaxınlaşması baxımından medianın rolunu xüsusilə vurğulayıb. N. Quliyev APA-nın ərəb ölkələrinin media qurumları, eləcə də ərəb ölkələrinin Bakıda səfirlikləri ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb, agentliyin ərəb redaksiyasının fəaliyyət göstərdiyini deyib.

Görüşdə Azərbaycanın Dağlıq Qarabağ və Mərakeşin Saxara problemi ətrafında da fikir mübadiləsi aparılıb, ölkələrimizin bir-birinin ərazi bütövlüyünə daha sıx dəstək verməsinin vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR