Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında yanğın baş verib
# 29 yanvar 2017 00:54 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda çoxmənzilli yaşayış binasında baş verib. Nəticədə binanın 5-ci mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR