Şəmkirdə kütləvi dava olub, iki əmi oğlu xəsarət alıb

<b>Şəmkirdə kütləvi dava olub, iki əmi oğlu xəsarət alıb </b>
# 28 yanvar 2017 20:29 (UTC +04:00)

Şəmkirdə kütləvi dava olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR