Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 06 avqust 2017 13:55 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:28-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR