Tbilisidə yenidən etiraz aksiyası başlayıb - YENİLƏNİB

Tbilisidə yenidən etiraz aksiyası başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 13 may 2018 13:21 (UTC +04:00)

Tbilisidə parlament binasının qarşısında gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya bərpa olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiyanın təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili baş nazir Giorgi Kvirikaşvilini sükutu pozub ictimaiyyət qarşısında bəyanatla çıxış etməyə çağırıb.

B. Tsikarişvili deyib ki, baş nazir mövqeyini açıqlamasa, onun və daxili işlər nazirinin istefası ilə bağlı tələbləri davam edəcək.

Parlamentin qarşısına aksiya iştirakçıları olmayan vətəndaşlar da toplaşıb. Onlar parlamentin binası qarşısında 1989-cu ilin 9 aprel qurbanlarına həsr olunmuş abidənin önünə gül dəstələri qoyublar. Vətəndaşlar bəzi aksiya iştirakçılarının ötən gün abidənin üstünə çıxaraq rəqs etmələrini pisləyiblər. Onlar bildirib ki, memorial abidə müqəddəs yer olmaqla yanaşı, Gürcüstan dövlətçiliyinin simvoludur və onun təhqir olunması yolverilməzdir.

Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki “Basiani” və “Gallery” gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq dünən saat 15:00-dan başlayaraq Tbilisidə parlament binası qarşısında bu gün səhər saatlarına qədər aksiya keçirilib.

***

saat 10.30

Tbilisidə parlament binası qarşısında dünən saat 15:00-dan bu gün səhərə qədər davam edən etiraz aksiyası dayandırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, polis tərəfindən aksiya iştirakçılarının qurduğu çadırlar sökülüb.

Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Səhər saatlarında ictimai asayişi pozan 3 aksiya iştirakçısı saxlanılıb. Etirazların təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili aksiyanın bu gün saat 15:00-da bərpa olunacağını bildirib. Hərəkat lideri qeyd edib ki, aksiyanın tələbi dəyişməz olaraq qalır. Etirazçılar gecə klublarında 8 nəfərin saxlanılması ilə nəticələnmiş xüsusi əməliyyatla bağlı baş nazir Giorgi Kvirikaşvilidən mövqeyini açıqlamasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR