Abşeron rayonunda 29 yaşlı oğlan bıçaqlanıb

Abşeron rayonunda 29 yaşlı oğlan bıçaqlanıb
# 30 noyabr 2017 00:58 (UTC +04:00)

Abşeron rayonu ərazisində bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu Qəhrəmanov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 1 saylı Xəstəxanaya gətirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağırlıqda olduğu bildirilir.

Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır. E.Qəhrəmanovun sözlərinə görə, tanımadığı şəxslər ona yaxınlaşaraq telefon istəyib. Rədd cavabı aldıqda isə mübahisə yaranıb və nəticədə bıçaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR