“Qoşatəpə” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb

“Qoşatəpə” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb
# 09 sentyabr 2015 13:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR