Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva Dövlət Filarmoniyasında çıxış edib

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva Dövlət Filarmoniyasında çıxış edib
# 27 oktyabr 2017 15:13 (UTC +04:00)

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskva Dövlət Filarmoniyasının P.İ.Çaykovski adına konsert zalının səhnəsində proqramla çıxış edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, anşlaqla keçən konsert proqramı Rusiya Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

İki hissədən ibarət “Mənim Azərbaycanım” konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim olunub.

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Rusiyanın xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayev Azərbaycanın müxtəlif mədəniyyətləri özündə birləşdirən misilsiz mirvari olduğunu söyləyib: "Burada həm Qafqaz regionunun, həm Orta Asiya, eləcə də türk xalqlarının mədəniyyətini görmək olur. Azərbaycan rəqsləri zərifliyi, incəliyi, eyni zamanda qəhrəmanlıq, mərdlik notları ilə fərqlənir. Bu gün təqdim etdiyimiz “Koroğlu” baleti isə Qafqazda qəhrəmanlıq dastanının süjeti və xalq rəqsləri əsasında hazırlanmış ilk milli baletdir. Çox şadıq ki, Moskva tamaşaçıları “Mənim Azərbaycanım” konsert proqramını böyük hərarətlə qarşıladılar”.

Konsertdə xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri əsasında səhnələşdirilmiş rəqslər təqdim olunub. “Qaytağı”, “Nəlbəki”, “Qazaxı” və digər xalq rəqslərimiz tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR