Bakıda bara bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub

Bakıda bara bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub
# 03 iyul 2014 09:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bara bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin(DİN) saytına istinadən verdiyi məlumata görə, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Plaza” barına partlayıcı maddə qoyulması barədə məlumat verilib.

Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumat verən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ziya Səfərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR