Azərbaycan Maliyyə Nazirliyi yaxın aylarda istiqrazların emissiyasını bərpa edəcək

Azərbaycan Maliyyə Nazirliyi yaxın aylarda istiqrazların emissiyasını bərpa edəcək
# 10 aprel 2013 15:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın aylarda Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının emissiyasını və yerləşdirilməsini bərpa edəcək. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu ilin ilk rübü ərzində Azərbaycan fond bazarında dövlət qiymətli kağızlarının yerləşdirilməsi həcmi azalıb və bu da Mərkəzi Bank tərəfindən emissiya edilən notların həcminin azalması ilə də əlaqədardır: «Əvvəlki illərə nisbətən ölkədə inflyasiyanın səviyyəsi zəiflədiyinə görə Mərkəzi Bank manatın sterilizasiyasını azaldıb. Bu da özünü Mərkəzi Bank tərəfindən notların emissiyasının həcminin azalmasında əksini tapıb».

R.Aslanlı onu da əlavə edib ki, Maliyyə Nazirliyi tərəfindən bu il ərzində dövlət istiqrazları emissiya edilməyib. Lakin yaxın bir neçə ay ərzində sözügedən istiqrazların buraxılması gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Bakı Fond Birjasında dövlət qiymətli kağızların həcmi ötən ilin analoji dövrünə nisbətən 42% azalaraq 1,526 mlrd. manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR