MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 21 noyabr 2014 14:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bku gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, öncə MSK-nın 14 noyabr tarixli iclasının protokolu təsdiqlənib.

İclasda 2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə Musaküçə bələdiyyəsinə namizədliyini irəli sürən 4 nəfər Masallı rayon İcra Hakimiyyəti nümayəndəsinin seçki prosesinə müdaxilə etdiyini bildirib. Bununla bağlı MSK-nın Ekspert Qrupu araşdırma aparıb, həmin şəxslərə imza vərəqi verildiyi, doldurulmuş imza vərəqələrinin təqdim edildiyi və onların namizədliklərinin qeydə alınmasına noyabrın 24-dək Dairə Seçki Komissiyasında baxılacağı müəyyən edilib.

Namizədliyini irəli sürmüş şəxslərə İcra Hakimiyyəti nümayəndəsinin seçki prosesinə müdaxilə etməsi barədə sübutlar təqdim etmələri istənilib. A. Muxtarova qeyd edib ki, belə sübutlar təqdim edilməsə də, müraciətlərin qəbul edilməsi və Seçki Məcəlləsinin tələblərinə riayət olunmasının zəruriliyi Masallı rayon İcra Hakimiyyəti nümayəndələrinin diqqətinə çatdırılmalıdır. Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib, cari məsələlərə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR