Neft daşlarında yanğın olub, yaralanan var

Neft daşlarında yanğın olub, yaralanan var
# 25 iyun 2012 09:23 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən gecə Bakı şəhəri, Xəzər rayonunda Neft daşlarının ərazisində neft-qaz vakkum kompressor qurğusunda yanğın hadisəsi baş verib.
Nəticədə kompressor qurğusu yanaraq deformasiyaya uğrayıb və qurğuda işləyən bir nəfər xəsarət alıb. Digər 3 ədəd qurğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR