Tiflisdə uşaq bağçasında partlayıcı qurğular aşkarlanıb

Tiflisdə uşaq bağçasında partlayıcı qurğular aşkarlanıb
# 03 fevral 2012 16:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdəki Tabukaşvili küçəsindəki uşaq bağçasının həyətində iki çamadanda partlayıcı qurğular aşkarlanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tapılan qurğular istehkamçılar tərəfindən zərərsizləşdirilib. Partlayıcı qurğu aşkarlanan ərazi nəzarətə götürülüb, axtarışlar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR