Azərbaycanda iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin cinayət işinin istintaqı yekunlaşıb

Azərbaycanda iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin cinayət işinin istintaqı yekunlaşıb
# 03 fevral 2012 15:04 (UTC +04:00)
APA-nın məlumatına görə, istintaq tanışlıq mərhələsindədir. Yaxın vaxtlarda iş materialları baxılması üçün məhkəməyə göndəriləcək.

Xatırladaq ki, ötən il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR