“Vizual müayinə inspektoru” beynəlxalq standartı çərçivəsində kurs keçmiş kimyaçılara sertifikatlar təqdim olunub - FOTO

“Vizual müayinə inspektoru” beynəlxalq standartı çərçivəsində kurs keçmiş kimyaçılara sertifikatlar təqdim olunub - <font color=red>FOTO</font>
# 12 iyul 2012 09:02 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin bir qrup mütəxəssisi ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təşəbbüsü ilə idarənin Kadr hazırlığının təşkili Mərkəzində qaynaq işlərinə nəzarət üzrə ilk dəfə təşkil olunmuş “Vizual müayinə inspektoru” kursunda iştirak edib.

“Azərikimya”dan “APA-Economics”ə verilən məlumata görə, kurslar İsveçrənin tanınmış “SGS” firmasının Azərbaycandakı nümayəndəsi “SGS-Azeri LTD” şirkətinin beynəlxalq sertifikata malik mütəxəssisləri tərəfindən EN 497 beynəlxalq standartının tələb və şərtlərinə uyğun keçirilib.

İyulun 11-də “Azərikimya” İstehsalat Birliyinin konfrans zalında ARDNŞ-ın müxtəlif struktur bölmələrindən 26 nəfərin cəlb olunduğu kursu müvəffəqiyyətlə başa vurmuş birliyin Təmir-tikinti İdarəsinin mühəndisləri Aqil Rəsulov, Ağadədə Ağayev və Adil İbişova SGS şirkətinin xüsusi beynəlxalq sertifikatları təqdim olunub.

Təqdimat mərasimində ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin, “Azərikimya” İB-in, həmçinin “SGS-Azeri LTD” şirkətinin nümayəndələri kursu uğurla başa vurmuş əməkdaşları təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzulayıblar.

Kursların təşkil olunmasında əsas məqsəd qaynaq tikişlərinin rentgen, ultrasəs, maqnit tozu və s. üsullarla yoxlanılmasını təşkil etməkdən ibarətdir. Sertifikata layiq görülmüş mühəndislər qaynaq işləri həyata keçirilən sahələrdə qaynaq tikişlərinin yüksək keyfiyyətlə aparılmasına nəzarət edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR