Bakı. Hafiz Heydərov – APA. Nardaran sakininin həyətindən xeyli sayda güllə tapılıb.
APA-nın məlumatına görə, polis əməkdaşlarının Nardaran qəsəbəsində həyata keçirdiyi tədbirlər çərçivəsində qəsəbə sakini, 1966-cı il təvəllüdlü Sərdar Bünyatovun həyətindən “Makarov” tipli tapançaya aid 36 ədəd güllə aşkar edilərək götürülüb.
Hazırda əməliyyat tədbirləri davam etdirilir.