Alberto Zakkeroni BƏƏ millisinin baş məşqçisi təyin edilib

Alberto Zakkeroni BƏƏ millisinin baş məşqçisi təyin edilib
# 17 oktyabr 2017 02:51 (UTC +04:00)

Tanınmış İtaliya mütəxəssisi Alberto Zakkeroni futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə BƏƏ Futbol Federasiyasının rəsmi “Tvitter” səhifəsində bildirilib.

Argentina yığmasının sabiq baş məşqçisi Edqardo Bausanı əvəzləyən 64 yaşlı Alberto Zakkeroni əvvəllər “Yuventus”, “Milan”, “İnter”, “Latsio”, “Torino” klubları və Yaponiya millisinə rəhbərlik edib. 2016-cı ildə Çinin “Beytsin Qoan” klubunu tərk edən A.Zakkeroni BƏƏ Futbol Federasiyası ilə iki illik müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR