Nazirlik: 2 tibb işçisinin cinayət əməli barədə materilallar Baş Prokurorluğa göndərilib

Nazirlik: 2 tibb işçisinin cinayət əməli barədə materilallar Baş Prokurorluğa göndərilib
# 14 fevral 2017 12:37 (UTC +04:00)

2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.

2 nəfər tibb işçisi barədə cinayət əlamətləri olduğundan toplanılmış materiallar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR