Bank Of Baku

Gələn ildən Azərbaycana idxal olunan damazlıq heyvanlar güzəştlə satılacaq

Gələn ildən Azərbaycana idxal olunan damazlıq heyvanlar güzəştlə satılacaq
# 02 sentyabr 2008 13:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn ildən etibarən Azərbaycana xaricdən damazlıq heyvanların idxalı və onların heyvandarlıqla məşğul olan sahibkarlara satışı 50%-lik güzəştlə lizinq vasitəsi ilə həyata keçiriləcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi (KTN) aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov məlumat verib.
İ.İbrahimovun sözlərinə görə, hökumət tərəfindən bu addım heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və heyvandarlığın daha geniş yayılmasına kömək məqsədi daşıyır.
Qeyd edək ki, hazırda Azərbaycanda kənd təsərrüfatı texnikaları və mineral gübrələrin istehsalçılara satışı «Aqrolizinq» ASC tərəfindən lizinq yolu ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR