Bank Of Baku

Gəncədə daha bir ticarət mərkəzi ləğv olunaraq başqa əraziyə köçürülüb

Gəncədə daha bir ticarət mərkəzi ləğv olunaraq başqa əraziyə köçürülüb
# 03 sentyabr 2008 12:53 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədəki “Gəncə bazarı” Ticarət Mərkəzindəki 500-ə qədər obyekt Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” Ticarət Mərkəzinə köçürülüb. Bu addım “Gəncə bazarı”nda fəaliyyət göstərən sahibkarların narazılığına səbəb olub. Gəncə Şəhər Memarlıq və Arxitektura İdarəsinin baş memarı Məmməd İbrahimovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, ərazi 1990-cı ildən “Qloriya” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) verilib və həmin ərazi ticarət mərkəzi kimi fəaliyyət göstərib. Hazırda həmin MMC-in nəzdindəki Gəncə Mənzil Tikinti Koopirativi həmin ərazidə yeni hündürmərtəbəli bina inşa etməyi planlaşdırır. APA-nın yerli bürosunun məlumatına görə, bir neçə ay bundan əvvəl Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov fəallar yığıncağında çıxışı zamanı həmin ərazidə üç 18 mərtəbəli bina ucaldacağını bildirmişdi. Qeyd edək ki, 2008-ci ildə iki belə ticarət mərkəzi “Nəhəng Daş” Ticarət Mərkəzinə köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR