Bank Of Baku

AZAL təyyarələrdə sərnişinlərə İnternet xidməti göstərəcək

AZAL təyyarələrdə sərnişinlərə İnternet xidməti göstərəcək
# 03 sentyabr 2008 15:48 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) 2010-cu ilədək «Green Liner-700» və «Green Liner-708» sərnişin təyyarələrini almaq niyyətindədir. AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, bu təyyarələrdən qitələrarası marşrutlarla sərnişin aviareyslərinin yerinə yetirilməsində istifadə olunacaq.
Bununla yanaşı, AZAL «Airbus» şirkətindən təyyarələr almaq fikrindədir. Təyyarə istehsalçısı artıq öz laynerlərində sərnişinlərə İnternet və digər telekommunikasiya xidmətləri göstərməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, AZAL dünyanın aparıcı aviaşirkətləri kimi Azərbaycanda elektron biletlərin satışına başlayıb. Elektron satış sisteminə tam keçidin 2008-ci ilin sonu kimi başa çatdırılması planlaşdırılsa da, bu proses bir qədər uzanacaq ki, bu da əhalinin bu texnoloji yeniliyə hələ tam hazır olmaması ilə bağlıdır. Bununla əlaqədar bir müddət ərzində elektron biletlərin satışı əvvəlki kağız biletlərlə paralel aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR