Bank Of Baku

Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasına dair müzakirələr gələn ilin ortalarınadək davam edəcək

Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasına dair müzakirələr gələn ilin ortalarınadək davam edəcək
# 04 sentyabr 2008 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasına dair müzakirələr gələn ilin yanvar ayının əvvəlindən iyun-iyul ayınadək davam edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazir həmçinin qeyd edib ki, «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi ilə bağlı artıq sənədləşmə aparılıb və layihə prezident administrasiyasına təqdim olunub: «Lakin buna baxmayaraq, həmin layihə üzrə əlavə müzakirələr tələb olunur və gələn ilin iyun-iyul aylarınadək müzakirələr aparılacaq».
Qeyd edək ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən Sumqayıt şəhəri yaxınlığında (Yaşma qəsəbəsi) yaradılması planlaşdırılan sənaye şəhərciyinin formalaşmasına dair sərəncam layihəsi hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR