Bank Of Baku

Azərbaycan bu il «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsini təsdiqləyə bilər

Azərbaycan bu il «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsini təsdiqləyə bilər
# 21 oktyabr 2008 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi 2008-ci ilin sonunadək parlament tərəfindən təsdiqlənə bilər. Bu barədə «APA-Economics»ə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.
«Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasında xarici investorlar da maraqlıdır. Belə ki, xarici investorlar bu layihəyə artıq maliyyə vəsaiti də yönəldir. Qanun layihəsinin Milli Məclis tərəfindən təsdiqlənməsi artıq cari ilin sonunadək reallaşa bilər», - deyə mənbədən bildirilib.
Qeyd edək ki, bu ilin oktyabr ayının 18-də Azərbaycan Milli Məclisində «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi daimi komissiyalar səviyyəsində müzakirə olunub və sənədin birinci oxunuşda parlamentdə müzakirəyə çıxarılması tövsiyyə olunub. Qanun layihəsinin xüsusi iqtisadi zonaların yaradılması, idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyəcəyi, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili sahəsində qaydaları müəyyənləşdirəcəyi qeyd edilir.
Xatırladaq ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən Sumqayıt şəhəri yaxınlığında (Yaşma qəsəbəsi) yaradılması planlaşdırılan sənaye şəhərciyinin formalaşmasına dair sərəncam layihəsi hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR