Buxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir
21 oktyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Buxarestdə (Rumıniya) Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd Azərbaycan və Rumıniya iş adamları arasında ikitərəfli görüşlər təşkil etmək, birgə əməkdaşlıq imkanlarını araşdırmaq, qarşılıqlı iqtisadi əlaqələr yaratmaq və ölkəyə xarici investisiyaların cəlb edilməsinə yardım etməkdən ibarətdir.
Azərbaycanı bu tədbirdə 15 nəfərdən ibarət mebel, tikinti, ticarət, tibb sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri təmsil edir.
Forum çərçivəsində Rumıniya Sənayeçilər Birliyi (UGİR) ilə ASK arasında əməkdaşlıq sazişi imzalanacaq. Saziş Azərbaycan və Rumıniyada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə, yardım göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfdən təmsil olunan iş adamları arasında mütəmadi görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin təşkil olunması, sərgi və yarmarkalarda birgə iştirak etmək, bu sərgi və yarmarkalarda hər iki tərəfin sahibkarlarının daha geniş təmsil olunmalarına, birgə səylərin göstərilməsi, birgə müəssisələrin yaradılması və digər sahələri əhatə edir.
Qeyd edək ki, azərbaycanlı iş adamları Rumıniya Sənaye Ticarət Palatası, Rumıniya Xarici İnvestisiyalar Agentliyi, Azərbaycanın Rumıniyadakı səfirliyində, habelə Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının İdarə Heyəti ilə görüşlər keçirəcəklər.

Sahibkarlıq
İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı - FOTO
16:06
3 may 2024
“Berqa”dan əhvalınızı dəyişəcək layihə
12:25
3 may 2024
“Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı - YALNIZ 3 GÜN - YENİLƏNİB
11:13
3 may 2024
I rübdə Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
16:35
2 may 2024