Bu il Azərbaycanda 143 səhmdar cəmiyyəti investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilib
08 noyabr 2008 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 143 səhmdar cəmiyyəti investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) APA-ya verilən məlumata görə, müsabiqənin şərtlərinə əsasən, həmin səhmdar cəmiyyətlərinə 15 mln. manata yaxın investisiyanın yatırılması planlaşdırılır. Keçirilən müsabiqələr üzrə dövlət büdcəsinə 7 mln. manata yaxın vəsaitin ödənilməsi və 1100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Bundan başqa, cari il ərzində investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 12 müəssisə üzrə sahiblik hüququ alıcılara keçib.
Sahibkarlıq
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı - MÜSAHİBƏ
14:47
8 may 2024
Nazir müavini: Bu il Azərbaycanla Bolqarıstanın qarşılıqlı ticarəti dörd dəfə artıb
14:44
8 may 2024
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
14:24
8 may 2024
“Kontakt”dan “Endirim marafonu” kampaniyası: hər növ məhsula 50%-DƏK ENDİRİMLƏR!
10:31
8 may 2024