Bank Of Baku

Romada Cənubi Qafqaz ölkələrinin iqtisadi təqdimatı keçiriləcək

Romada Cənubi Qafqaz ölkələrinin iqtisadi təqdimatı keçiriləcək
# 10 noyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 12-də İtaliya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Romada Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Gürcüstan, Ermənistan) iqtisadi təqdimatı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
«Bir gün davam edəcək tədbirdə Azərbaycanı ölkənin iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Anar Axundov və Azpromo-nun prezidenti Emil Məcidov təmsil edəcəklər», - deyə Fonddan bildirilib.
Tədbir çərçivəsində hər üç ölkənin iqtisadi vəziyyəti, inkişaf perspektivləri və ixrac potensialı haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, tədbirdə Avropa İttifaqının xarici siyasət üzrə komissarı xanım Benita Ferero-Valdnerin də iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR