Bakıda Azərbaycan-İsveç biznes forumu keçirilib
19 noyabr 2008 10:05 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, forumda çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov respublikanın iqtisadi imkanları, ölkə iqtisadiyyatının inkişaf templəri barədə danışıb. Nazir bildirib ki, bu günədək Azərbaycanda aparılan özəlləşdirmə prosesində Türkiyə, ABŞ, Hollandiya, İngiltərə və s. ölkələrdən investorlar iştirak ediblər. F.Ələkbərov həminin qeyd edib ki, bu il Azərbaycanda işsizlik 6,2%-ə, yoxsulluq isə 15,5%-ə enib.
İsveçin məşğulluq naziri Sven Otto Littorin isə qeyd edib ki, bir neçə ay əvvəl Azərbaycan nümayəndə heyətinin iştirakı ilə İsveçdə analoji biznes-forum keçirilib. Ölkələr arasında iqtisadi münasibətlərin inkişafına mühüm imkanlar olduğunu vurğulayan isveçli nazir Azərbaycan şirkətlərini İsveçdə fəaliyyət göstərməyə çağırıb: «Biz istərdik ki, Azərbaycan şirkətləri İsveçdə fəaliyyətə başlasın. İsveçin Milli Ticarət Təşkilatı bu sahədə Azərbaycan şirkətlərinə kömək etməyə hazırdır».
Nazir onu da vurğulayıb ki, qarşılıqlı olaraq hər iki ölkədəki yeniliklər barədə şirkətlərin məlumatlandırılmasına, onların təqdimatlarının keçirilməsinə ehtiyac var.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Emil Məcidov isə ölkəmizdəki investisiya mühiti və biznes imkanları ilə bağlı təqdimatla çıxış edib.
Daha sonra «Aztelekom» İstehsalat Birliyi, «Azərenerji» ASC və Azərbaycan Beynəlxalq Bankı haqqında təqdimatlar keçirilib, iki ölkənin iş adamları arasında ikitərəfli danışıqlar aparılıb.
Tədbirin sonunda Bakıda İsveç Evinin açılış mərasimi keçirilib.

Sahibkarlıq
“Kontakt”ın ən böyük mağazalarından olan “Azadlıq metrosu” mağazası yeniləndi- 60%-DƏK ENDİRİMLƏR
11:39
7 may 2024
Sahib Məmmədov: Qadınların orta aylıq əməkhaqqı nisbətinin 80%-ə çatdırılması nəzərdə tutulub
11:20
7 may 2024
Nazir müavini: Qadın sahibkarlığın inkişafı üçün 50 mln. manatdan çox güzəştli kredit verilib
11:19
7 may 2024
Bakıda 4-cü DİM Dialoqu keçirilir - FOTO
10:25
7 may 2024