Azərbaycanda istehlak bazarı 4%-ə yaxın böyüyüb

Azərbaycanda istehlak bazarı 4%-ə yaxın böyüyüb
# 15 aprel 2024 12:50 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 16,8 milyard manat olmaqla 2023- cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 3,6% artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,6% artaraq 16,1 milyard manata bərabər olmuş, onun 46%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR