Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb
# 15 aprel 2024 12:16 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13474,2 milyon manatlıq, o cümlədən 7543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 4,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR