Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Komboca Ticarət Palatası arasında Anlaşma Memorandumu mübadilə edilib.
“APA-Economics” xəbər verir ki, Anlaşma Memorandumunun mübadiləsi Bakıda keçirilən Azərbaycan-Komboca Komboca biznes forumu çərçivəsində baş tutub.
***
14.49
Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu öz işinə başlayıb.
“APA-Economics” xəbər verir ki, forumda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Kamboca Krallığının Baş naziri Hun Manetin iştirakı gözlənilir.
Qeyd edək ki, Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycanda rəsmi səfərdədir.