Bank Of Baku

Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib

Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib
# 22 noyabr 2026 13:50 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

APA xəbər verir ki, imtahanda doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş iddiaçılar iştirak ediblər.

İmtahan elektron formada, kompüter vasitəsilə təşkil olunub. İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal inzibatçısı, 2 ümumi imtahan rəhbəri, 17 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bildirilib ki, imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarını əhatə edib.

İmtahanın danışıq bloku noyabrın 26-da keçiriləcək. Noyabrın 22-də təşkil olunan imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmayacaqlar.

Eyni zamanda, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslərə ilk dörd blokdan 30 və daha yüksək bal toplasalar belə, şəhadətnamə verilməyəcək.

Qeyd olunub ki, imtahanda maksimal nəticə 50 baldır. Xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplayan və hər blok üzrə mümkün balın minimum 20 faizini əldə edən iddiaçılar tələb olunan nəticəni göstərmiş hesab ediləcəklər. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında isə keçid balı 25-dir.

Yekun nəticələr danışıq bloku üzrə imtahan keçirildikdən iki həftə sonra elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR