Bank Of Baku

Azərbaycanın sənaye sektorunda məhsul istehsalı 8% artıb

Azərbaycanın sənaye sektorunda məhsul istehsalı 8% artıb
# 15 dekabr 2009 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sənaye sektorunda 19,8 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox məhsul istehsal edilib və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əsas sənaye məhsullarından xam neftin hasilatı 13,5% artaraq 46,4 mln. tona əmtəəlik təbii qaz hasilatı isə 1,3% artaraq 14,8 mlrd. kubmetrə çatıb.

Sənaye məhsulunun 4/5 hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Mədənçıxarma bölməsində istehsalın həcmi 15 mlrd. manat, emal bölməsində 3,8 mlrd. manat, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 1 mlrd. manat olub. İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib.

Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 230,6 mln. manatlıq və ya əvvəlki ayla müqayisədə 4,6 mln. manat (2%) az hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR