Bank Of Baku

«Günəşli» yatağında yüksək debitli quyu istismara verilib

«Günəşli» yatağında yüksək debitli quyu istismara verilib
# 15 dekabr 2009 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında 11№-li platformaya birləşdirilmiş əlavə blokda 58№-li yeni qaz quyusu istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, blokdan qazılmış sayca ikinci olan bu quyu 3950 metr dərinlikdən sutkada 300 min kubmetr qaz və 40 ton kondensat verir.

Qeyd edək ki, 16 quyunun qazılması üçün nəzərdə tutulmuş 11 nömrəli platforma 1986-cı ilin aprelində istismara verilib.

Layihə üzrə 16 quyunun hamısı qazılıb və uğurla istismar olunur. Ötən 23 ildə bu quyulardan kondensatla birlikdə 12,4 mln. ton neft və 3,202 mlrd. kubmetr qaz hasil olunub. Hazırda ARDNŞ-in həyata keçirdiyi qaz proqramı çərçivəsində 11-ci platforma genişləndirilib və 8 quyunun qazılması üçün daha bir blok tikilərək bu platformaya birləşdirilib. Çəkisi 1060 ton olan 113 metr hündürlüyündə həmin blok dənizin 102 metr dərinliyində quraşdırılıb. Burada 2 quyu fəaliyyət göstərir. Bu quyulardan birlikdə sutkada 500 min kubmetr qaz və 60 ton kondensat hasil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR