Bank Of Baku

Səfir Vladimir Doroxin: «Artıq Azərbaycan qazını Rusiyaya çatdıracaq boru kəmərinin təhlükəsizliyi təmin olunub»

Səfir Vladimir Doroxin: «Artıq Azərbaycan qazını Rusiyaya çatdıracaq boru kəmərinin təhlükəsizliyi təmin olunub»
# 25 dekabr 2009 13:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycandan Rusiyaya təbii qazın nəqlini təmin edəcək boru kəmərinin təhlükəsizliyi analoji xətlərdə olduğu səviyyədə təmin ediləcək. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Səfirin sözlərinə görə, artıq iki ölkə arasında qazın alqı-satqısı ilə bağlı bütün məsələlər razılaşdırılıb: «Rusiya Azərbaycandan qaz almağa başlayır, bütün şərtlər razılaşdırılıb. Burada əsas məqmalardan biri də təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Ümumiyyətlə, bu kəmərdə təhlükəsizlik analoji sinfə aid olan digər boru kəmərlərində olduğu səviyyədə təmin ediləcək. Kəmərin əsas hissəsi yerin altı ilə çəkilib, lakin yerin üstündə də bəzi elementlər mövcuddur. Artıq zəruri mühafizə təmin olunub».

V.Doroxin boru kəmərinin mühafizəsinin müqavilənin tam icra edilməsi üçün zəruri şərait yaradan səviyyədə olacağına ümid etdiyini vurğulayıb: «Ümid edirəm ki, qaz kəmərinin təhlükəsizliyinin səviyyəsi bizim qazın alqı-satqısı ilə bağlı bütün razılaşmalarımızın tam həcmdə icrasını təmin edəcək səviyyədə olacaq».

Xatırladaq Ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə «Qazrrom» SC arasında imzalanmış müqaviləyə əsasən, yeni ildən Azərbaycan Rusiyaya ildə ən azı 500 mln. kubmetr həcmində təbii qaz ixrac edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR