Bank Of Baku

Gələn ildən Azərbaycanda qaz sayğaclarının quraşdırılması və dəyişdirilməsi pulsuz həyata keçiriləcək

Gələn ildən Azərbaycanda qaz sayğaclarının quraşdırılması və dəyişdirilməsi pulsuz həyata keçiriləcək
# 25 dekabr 2009 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2010-cu il yanvar ayının 1-dən saatlıq qaz sərfi 6 kubmetrə qədər təbii qazdan istifadə edən əhali abonentlərinin mənzillərində qaz sayğaclarının quraşdırılması və dəyişdirilməsi pulsuz həyata keçiriləcək. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, sayğacların quraşdırılması və dəyişdirilməsi ARDNŞ-nin “Azəriqaz” İB-nin vəsaiti hesabına həyata keçiriləcək. Bundan başqa, yeni istehlakçılar üçün mənzillərdə quraşdırılacaq qaz sayğacları “Azəriqaz” İB tərəfindən təmin ediləcək. Lakin yeni istehlakçılar üçün quraşdırma xərcləri onların öz vəsaiti hesabına ödəniləcək.

Qeyd edək ki, hazırda «Azəriqaz»ın 1 mln. 300 minə yaxın abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR