Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2010-cu il büdcəsini təsdiq edib

Azərbaycan prezidenti Dövlət Neft Fondunun 2010-cu il büdcəsini təsdiq edib
# 25 dekabr 2009 23:04 (UTC +04:00)
Növbəti il üçün ARDNF-in büdcəsinin gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat məbləğində təsdiqlənib.

Fondun gəlirlərinin 5 564 476,9 min manatı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə ARDNŞ-in sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla), 155 813,8 min manatı neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın payına düşən dividendlər (BTC layihəsi üzrə), 241 936 min manatı ARDNF-in aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, 900 min manatı isə digər daxilolmalar hesabına formalaşacaq.

Xərclərə gəlincə, ARDNF 2010-cu ildə qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 80 000 min manat, dövlət büdcəsinə transfret olaraq 4 915 000 min manat, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə 200 000 min manat, Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 110 000 min manat, Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 80 000 min manat, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 10 000 min manat, Fondun özünün idarə olunmasına isə 33 431,2 min manat vəsait yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR